Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

"SputnikPro"nun iştirakçısı təlimlərin effektivliyindən danışır

© Sputnik / Murad OrujovRizvan Cəfərov Azərbaycan qəzetinin əməkdaşı
Rizvan Cəfərov Azərbaycan qəzetinin əməkdaşı - Sputnik Azərbaycan
Abunə olmaq
“Azərbaycan” qəzetinin təmsilçisi Rizvan Cəfərov deyir ki, onlayn və çap KİV nümayəndələri üçün keçirilən bu təlimlər çox faydalıdır
Rizvan Cəfərov: “Həmkarlarımız verilən informasiyalardan bəhrələnəcəklər”

Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu Bakıda Azərbaycan KİV-lərinin nümayəndələri üçün növbəti "SputnikPro" modul layihəsini həyata keçirməyə başlayıb. Onlayn və çap KİV-lərinin jurnalistləri ilə görüşdə rusiyalı mediamenecer, internet-texnoloq, “Russia Today” BİA-nın Dövlət İnternet Layihələri Direktorluğunun direktor müavini İrina Kedrovskaya iştirak edib.

Layihə haqqında danışan “Azərbaycan” qəzetinin təmsilçisi Rizvan Cəfərov deyib ki, artıq bir neçə dəfədir "SputnikPro" proqramı üzrə keçirilən təlimlərdə iştirak edib: “Burada maarifləndirici təlimlər yüksək səviyyədə təşkil olunur. Bugünkü təlimdə KİV-lərdə informasiyaların sintez formatlarının verilməsi imkanları və vasitələri haqqında yeni məlumatlar verilir. Düşünürəm ki, onlayn və çap KİV nümayəndələri üçün keçirilən bu təlimlər çox faydalıdır. Yəqin ki, təlimlərdə iştirak edən həmkarlarımız burada verilən informasiyalardan bəhrələnəcəklər”.

Qeyd edək ki, SputnikPro layihəsi 2018-ci ilin yazında Minskdə start götürüb və media ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. Müxtəlif formatlarda mövcud olduğu dövr ərzində bu layihədə 80-dən çox ölkənin nümayəndəsi iştirak edib. "SputnikPro"nun əyani master-klassları Azərbaycanda, Ermənistanda, Belarusda, Yunanıstanda, Gürcüstanda, Hindistanda, Çində, Qırğızıstanda, Türkiyədə və Estoniyada keçirilib. "SputnikPro" Azərbaycanda 7-cı dəfədir həyata keçirilir.

Rizvan Cəfərovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

Xəbər lenti
0