18:57 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Üç ölkə lideri Ankarada Suriya məsələsini həll edə biləcəkmi - politoloq şərh edir

RADİO
Qısa URL
85 0 0

“Atlas” Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, İdlib məsələsində hazırda Türkiyə və Rusiya arasında fikir ayrılığı mövcuddur

Elxan Şahinoğlu: “Türkiyə və Rusiya gərginlik yaradacaq faktorlardan qaçacaqlar”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani sentyabrın 16-da Ankarada Suriya üzrə tənzimləmə sammitində İdlibdəki vəziyyəti müzakirə ediblər.

“Atlas” Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, Astana prosesi davam edir və bu çərçivədə də zirvə toplantısı keçirilir:

“Rusiya rəsmiləri iddia edirlər ki, Suriyada müharibə bitib. Müəyyən mənada bununla razılaşmaq olar. Ancaq İdlib məsələsində Türkiyə və Rusiya arasında fikir ayrılığı mövcuddur. Türkiyə yeni qaçqın axını ehtimalına görə, İdlibdə əməliyyat keçirilməsini istəmir. Fikir ayrılıqları olsa da, Astana prosesi davam edəcək. Türkiyə və Rusiya gərginlik yaradacaq faktorlardan qaçacaqlar”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular