23:54 17 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8829
Kamran Əsədov
© Sputnik / Murad Orujov

Xarici tələbələrin Azərbaycanda üzləşdikləri əsas problem nədir - ekspert şərhi

RADİO
Qısa URL
85 0 0

Təhsil eksperti Kamran Əsədov deyir ki, xarici tələbələrə qeydiyyat mərhələsində güzəştlər edilməlidir

Yeni tədris ilinin başlaması ərəfəsində Dövlət Miqrasiya Xidmətinin (DMX) aparatında Təhsil Nazirliyinin və ölkəmizdə fəaliyyət göstərən 50-yə yaxın ali təhsil ocağının müvafiq struktur bölmələrinin məsul əməkdaşları ilə görüş keçirilib. DMX-nin mətbuat xidmətindən bildiriblər ki, tədbirin məqsədi ali təhsil müəssisələrinin əməkdaşlarını Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyinin tələbləri barədə məlumatlandırmaq və əcnəbi tələbələrin miqrasiya məsələlərini müzakirə etmək olub.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, hazırda ölkəmizdə 4 minə yaxın xarici tələbə təhsil alır:

“Xarici tələbələrin Azərbaycanda üzləşdikləri ən əsas problem miqrasiya və qeydiyyat məsələləri ilə bağlıdır. Türkiyə vətəndaşları 30, digər ölkədən gələnlər isə 15 gün ərzində qeydiyyata düşməlidirlər. Düşünürəm ki, tələbələrə qeydiyyat mərhələsində güzəştlər edilməlidir. Digər problem isə onların yaşayış yerləri ilə bağlıdır.  Yataqxana təminatımız yetərli olmadığına görə xarici tələbələri tam təmin edə bilmirik. Düşünürəm ki, qeyd etdiyim əsas problemlər mütləq şəkildə həllini tapmalıdır”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular