Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Azər Həsrət Dünya Mətbuat Şuraları Assosiasiyasının Bakı toplantısından danışır

Abunə olmaq
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyir ki, dünyanın müxtəlif yerlərindən mətbuat liderlərinin Bakıda toplaşması təqdirə layiq hadisədir
Azər Həsrət: “Bu toplantı Azərbaycanın qlobal platformalar üçün əlverişli yer olduğunu göstərir”

Sentyabrın 12-də Bakıda Dünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı öz işinə başlayıb. Tədbirdə Asiya, Avropa və Afrikanın 20-yə yaxın ölkəsindən nümayəndələr iştirak edirlər. Tədbirə BMT, Avropa Şurası kimi beynəlxalq təşkilatların, o cümlədən yerli media qurumlarının rəhbərləri və ekspertlər də qatılıblar.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət Sputnik Azərbaycan-a deyir ki, belə tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycanın qlobal platformalar üçün əlverişli yer olduğunu göstərir:

“Dünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısını Bakıda keçirməsi də bu qəbildəndir. Dünyanın müxtəlif yerlərindən mətbuat liderlərinin Bakıda toplaşması təqdirə layiq hadisədir. Bu tədbirin ölkəmizdə keçirilməsi bizim üçün bir fürsətdir”.

Azər Həsrətin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0