03:07 16 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.8818

Elməddin Quliyev: "Əhalinin siyahıyaalma prosesində yenilik tətbiq ediləcək"

RADİO
Qısa URL
96 0 0

Dövlət Statistika Komitəsinin mətbuat katibi Elməddin Quliyev deyir ki, təşkilati planların tərtib edilməsi nəticəsində əhalinin siyahıyaalınmasının rayonlaşdırılması başa çatdırılıb

Oktyabrın 1-10-da keçiriləcək əhalinin növbəti siyahıyaalınması ilə bağlı hazırlıq işləri yekunlaşıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin mətbuat katibi Elməddin Quliyev deyib.

“Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hazırlanaraq Statistika Komitəsinə təqdim edilən inzibati ərazi vahidlərinin sxematik xəritələri və 3454 yaşayış məntəqəsinin sxematik planları yerli statistika orqanlarına göndərilib. Təşkilati planların tərtib edilməsi nəticəsində əhalinin siyahıyaalınmasının rayonlaşdırılması başa çatdırılıb. Əvvəlki siyahıyaalmadan fərqli olaraq sorğu vərəqəsinə ilk dəfə olaraq daxil edilmiş əlilliyə dair suallar ölkədə sağlamlıq imkanları məhdud uşaqların və əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinə, təhsilinə və məşğulluğuna, habelə siyahıyaalma çərçivəsində toplanan digər göstəricilərə dair məlumatların əldə edilməsinə imkan yaradacaq”, - deyə o bildirib.

Elməddin Quliyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular