12:34 20 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Şahin Mustafayev
© Sputnik / Murad Orujov

Nazir Azərbaycan məhsullarının Rusiyaya ixrac potensialının artırılmasından danışır

RADİO
Qısa URL
67 0 0

Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev deyir ki, bu həcmləri təxminən 1 milyon tona çatdırmaq imkanları var

“Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyası çərçivəsində aparılan təhlil hər iki tərəfin gəldiyi qənaət ondan ibarətdir ki, Azərbaycan Rusiyaya meyvə və tərəvəzin ixracını 2 dəfəyə yaxın artıra bilər”. Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə, bu Azərbaycan iqtisadiyyatının potensialı baxımından və Rusiya bazarının imkanları baxımından mümkün hesab olunur:

“Ötən il Azərbaycan meyvə-tərəvəz istehsalçıları Rusiyaya 555 min ton meyvə və tərəvəz ixrac edib. Biz düşünürük ki, bu gün bu rəqəmi ən azı iki dəfə artırmağa imkan var. Yəni, bu həcmləri təxminən 1 milyon tona çatdırmaq imkanları var. Yekaterinburqda logistik mərkəzin yaradılması bu rəqəmlərin reallaşdırılması istiqamətində yaradılan bir layihə olacaq”.

Nazirin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular