Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Fermerlərə ayrılan subsidiyalar effektivdirmi - ekspert danışır

© © Fuad İbrahimovun şəxsi arxivindənİqtisadçı-ekspert Fuad İbrahimov
İqtisadçı-ekspert Fuad İbrahimov - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı ekspert Fuad İbrahimov deyir ki, artıq subsidiyaların ayrılmasının effektivliyi gözəçarpacaq dərəcədə mövcuddur
Fuad İbrahimov: “Subsidiyaların verilməsində xoşagəlməz hallar var idi”

“Azərbaycanda gələn ildən fermerlərə subsidiyaların yeni qaydalarla verilməsi şəffaflığı təmin etmək üçün çox ciddi mexanizm və inqilabi hadisədir”. Bunu kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib.

İqtisadçı ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, subsidiyaların ayrılması kənd təsərrüfatının inkişaf etdirilməsinin prioritet istiqamət olduğunu təsdiqləyir: “Subsidiyaların verilməsinin effektivliyinə dövri baxmaq istərdim. Artıq subsidiyaların ayrılmasının effektivliyi gözəçarpacaq dərəcədə mövcuddur. Rəqəmlərdə və keyfiyyət göstəricilərində biz bu effektivliyi görə bilirik. Əvvəlki dövrlərdə subsidiyaların verilməsində və alınmasında xoşagəlməz hallar var idi. Elə olan halda subsidiyanın dəyəri lazımi işləri görməyə kifayət etmirdi”.

Qeyd edək ki, fermerlərə subsidiyanı almaq üçün plastik kartlar veriləcək. Karta köçürülən məbləğin yalnız 25%-ni nağdlaşdırmaq mümkün olacaq.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0