12:30 20 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Nadir İsrafilov
© Sputnik / Murad Orujov

Ekspert: “Təhsil Nazirliyində İctimai Şuranın yaradılması zəruri idi”

RADİO
Qısa URL
117 0 0

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, ekspert Nadir İsrafilov deyir ki, qəbul olunacaq qanun və qərarlarda Şuranın rəyi də nəzərə alınacaq

Azərbaycan-Fransız Universitetinin akt zalında (UFAZ) Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib. Səsvermənin nəticəsinə əsasən, İlqar Orucov, Şahlar Əsgərov, Etibar Əliyev, Nadir İsrafilov, Ülviyyə Mikayılova, Elmina Kazımzadə, Anar Vəliyev, Anar Cəfərzadə, Asif Cahangirov, Mais Əliyev və Hikmət Əlizadə İctimai Şuraya üzv seçiliblər.

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, ekspert Nadir İsrafilov Sputnik Azərbaycan-a deyir ki, Şuranın yaradılması ölkədə demokratiya, aşkarlıq və şəffaflığın inkişafına xidmət edən məsələdir: “Bu, bir növ məsləhət şurasıdır. Qəbul olunacaq qanun və qərarlarda Şuranın rəyi də nəzərə alınacaq. Bu mənada belə bir şuranın yaradılması zəruri idi. Şuranın üzvləri təhsillə bağlı insanlardır və bu, müsbət nəticələrini göstərəcək”.

Qeyd edək ki, Təhsil Nazirliyi yanında İctimai Şura Təhsil naziri Ceyhun Bayramovun 11 iyul 2019-cu il tarixli əmrinə əsasən yaradılır. Şuranın yaradılmasında əsas məqsəd nazirliyin fəaliyyətində şəffaflığı artırmaq, eyni zamanda təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyəti gücləndirməkdir.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular