CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Millət vəkili: “Yas mərasimləri dini etiqadın prinsiplərinə uyğun deyil”

© Photo : APAFilologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Nizami Cəfərov
Filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Nizami Cəfərov - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili Nizami Cəfərov deyir ki, bizim yas mərasimlərinin keçirilməsi ilə bağlı tənzimləmələrə ehtiyac var
Nizami Cəfərov: “Müzakirələr prosesi cəmiyyətə xeyli təsir göstərir”

Milli Məclisin payız sessiyasında “Dini etiqad azadlığı və dini qurumlar haqqında” qanun layihəsi müzakirəyə təqdim ediləcək. Layihəyə çox mühüm və olduqca maraqlı düzəlişlərin ediləcəyi bildirilir. Sosial şəbəkələrdə isə ən çox müzakirə olunan məsələ yas mərasimləri ilə bağlıdır.

Millət vəkili Nizami Cəfərov Sputnik Azərbaycan-a deyir ki, cəmiyyətdə yas mərasimlərinin keçirilməsi ilə bağlı gedən müzakirələr məsələnin ciddiliyini göstərir:

“Düşünürəm ki, bizim yas mərasimlərinin keçirilməsi ilə bağlı tənzimləmələrə ehtiyac var. Bizim yas mərasimlərində israfçılıq çoxdur. Dini etiqada görə yas mərasimləri keçirilir, lakin bu, onun prinsiplərinə uyğun deyil. Hiss olunur ki, burada mənəm-mənəmlik amili var. Bu, nə dini etiqadın prinsiplərinə uyğun gəlir, nə də ümumi ictimai münasibətlər baxımından özünü doğrultmayan məsələdir. Qanunların qəbulu və ona əməl olunması bir ayrı məsələdir, biri də var, qanunların qəbul olunmasının təbliğat funksiyası. Qəbulolunma və müzakirələr prosesi cəmiyyətə xeyli təsir göstərir. Artıq xeyli vaxtdır, o məsələlərlə bağlı müzakirələr gedir və yas məqasimlərinin keçirilməsi ilə bağlı yaxşı təcrübələr də var”.

Xatırladaq ki, sözügedən qanun layihəsi ilə bağlı hələ 2018-ci ilin payız sessiyasında anons edilmişdi.

Millət vəkilinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0