Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Videoblogger Azərbaycanda bloggerlik fəaliyyətinin maraqlı məqamlarını açıqladı

© Sputnik / Murad OrujovVideoblogger Bəxtiyar Məmmədov
Videoblogger Bəxtiyar Məmmədov  - Sputnik Azərbaycan
Abunə olmaq
Videoblogger Bəxtiyar Məmmədov deyir ki, informasiya məkanında yaranan kirlilik və insanlar arasında fikir ayrılığı onu bu sahəyə yönəldib
Bəxtiyar Məmmədov: “Dəqiq informasiya çatdırmaq üçün fəaliyyətə başladım”

Bu gün Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə müasir informasiya məkanında bloqların önəmi və bu sahənin inkişaf perspektivləri müzakirə olunub.

Videoblogger Bəxtiyar Məmmədov bu sahədə fəaliyyət göstərməsinin səbəblərindən danışıb. O bildirib ki, xaricdə yaşayan bəzi şəxslərin informasiya məkanında yaratdığı kirlilik və insanlar arasında fikir ayrılığı yaratması onu bu sahəyə yönəldib: “Uzun müddətdir siyasi araşdırmalarla məğulam və dəqiq informasiya çatdırmaq üçün bu istiqamətdə fəaliyyətə başladım. Hazırda 10 mindən  çox izləyicim var. Hazırladığım materiallara münasibət müxtəlifdir”.

Qeyd edək ki, Avqustun 31-də Bloq Günü (Blog Day) qeyd olunur. Bu tarixi Bloq Günü kimi qeyd etmək ideyası 2005-ci ildə “LiveJournal” bloq platformasının istifadəçilərinin “blog” sözünün 3108 rəqəmlərinə oxşadığına diqqəti çəkmələrindən sonra ortaya çıxıb. Buna görə də 31.08 tarixi Bloq Günü kimi seçilib.

Videoblogger Bəxtiyar Məmmədovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0