SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq ABŞ sanksiyalarından danışdı: bu, qarşıdurmanı gərginləşdirir

© Sputnik / Murad OrujovPolitoloq Fikrət Sadıxov
Politoloq Fikrət Sadıxov - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Fikrət Sadıxov deyir ki, sağlam düşüncəli avropa siyasətçiləri bunu anladıqlarına görə, sanksiyalardan imtina etmək istəyirlər
Fikrət Sadıxov: “Qərb ölkələri sanksiyalardan vasitə kimi istifadə edirlər”

ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların ikinci mərhələsi qüvvəyə minib. Bildirilir ki, Britaniyanın Solsberi şəhərində baş vermiş məlum hadisə ilə əlaqədər Birləşmiş Ştatlar bu addımı atıb.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, sanksiyalar qərb ölkələri, o cümlədən ABŞ üçün vasitəyə çevrilib: “Qərb ölkələri vasitə kimi sanksiyalardan aktiv şəkildə istifadə edirlər. Təbii ki, bu sanksiyaların ölkələrə iqtisadi baxımdan təsirləri var. Amma sanksiyalar Rusiyanın iqtisadi potensialına o qədər də böyük təsir göstərməyib. Rusiya daxili potensialından istifadə edir, hərbi sənaye imkanlarını artırır. Sanksiyalar sadəcə olaraq qarşıdurmanı gərginləşdirir, Rusiya və ABŞ arasında gərginliyi artırır. Sağlam düşüncəli avropa siyasətçiləri bunu anladıqlarına görə, sanksiyalardan imtina etmək istəyirlər. Ona görə də sanksiya tətbiq olunarkən nəzərdə tutulmuş məqsədlər nail olunmur”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0