Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ekspert peşə təhsilinə maraqdan danışdı: maarifçilik işləri zəif aparılır

© Sputnik / Anar MustafayevEtibar Əliyev
Etibar Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Təhsil eksperti Etibar Əliyev deyir ki, ali təhsil almış mütəxəssislərlə yanaşı, peşə təhsili alaraq ixtisaslaşmış şəxslərə də tələbat çoxdur
Etibar Əliyev: “Orta məktəb məzunlarının peşə təhsilinə marağı azdır”

“Azərbaycanda peşə təhsilinin modernləşdirilməsi istiqamətində müəyyən addımlar atılır”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında təhsil eksperti Etibar Əliyev deyib.

Ekspert bildirib ki, orta məktəb məzunlarının böyük hissəsinin peşə təhsilinə marağı azdır: “Orta məktəb məzunlarının 15-18 faizi peşə təhsilinə üz tutur. Bu sahədə aparılan maarifçilik işlərinin zəif olması da qeyd olunmalıdır. İndiki dövrdə peşə təhsilinin çox böyük əhəmiyyəti var. Bütün hallarda mən düşünürəm ki, bu gün ali təhsil almış mütəxəssislərlə yanaşı, peşə təhsili alaraq ixtisaslaşmış şəxslərə də tələbat çoxdur”.

Qeyd edək ki, 2019-2020-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə elektron qaydada aparılan sənəd qəbulu başa çatıb.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0