SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Putin-Makron görüşü dünyaya nə vəd edir - poltioloq şərh edir

Abunə olmaq
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov deyir ki, bu görüşün əsas maraq doğuran məsələlərindən biri Ukrayna ilə bağlıdır
Zaur Məmmədov: “Putin nəticəsi olacaq görüşə razıdır”

Fransada səfərdə olan Rusiya prezidenti Vladimir Putinin həmkarı Emmanuel Makronla görüşü 3,5 saata yaxın davam edib. İki lider ikitərəfli münasibətlərlə yanaşı, qlobal hadisələrə dair də fikir mübadiləsi aparıb. Makron danışıqlardan sonra Rusiyanın Avropada gələcəyinə dair əminliyini bildirib.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov Sputnik Azərbaycan-a deyir ki, görüşün 3,5 saat davam etməsi tərəflərin bütün məsələləri çox ciddi şəkildə müzakirə etdiyini göstərir: “Təbii ki, əsas maraq doğuran məsələlərdən biri Ukrayna ilə bağlıdır. Putin Normand formatında Ukrayna prezidenti Zelenski ilə nəticəsi olacaq görüşə razı olduğunu bildirib. Fransa Rusiya ilə münasibətlərin inkişaf etdirilməsində maraqlıdır. Rusiya və Fransa münasibətləri Avropa Birliyi ilə münasibətlərin inkişafına gətirib çıxaracaq”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0