15:14 19 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.8856
Elxan Şahinoğlu
© Sputnik / Anar Mustafayev

Fars körfəzində koalisiya yaradılması nə ilə nəticələnə bilər - politoloq şərhi

RADİO
Qısa URL
266 0 0

“Atlas” Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, ABŞ-ın körfəzdə koalisiya yaratmaq təklifinə bütün ölkələr müsbət yanaşmır

Fars körfəzinin təhlükəsizliyini təmin etmək üçün xarici qüvvələrə ehtiyac yoxdur. Bu sözləri İran Prezidenti Həsən Ruhani deyib.

“Atlas” Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, ABŞ İrana qarşı təzyiqləri artırmağı planlaşdırır: “Nüvə anlaşmasından çıxdıqdan sonra, indi də Fars körfəzində İranın problemlərini artırır. ABŞ-ın körfəzdə koalisiya yaratmaq təklifinə bütün ölkələr müsbət yanaşmır. Koalisiya yaratmaq riskli siyasətdir. Hadisələrin bu istiqamətdə inkişafı lokal toqquşma ehtimalını artırır. ABŞ-ın bu siyasəti bölgəni uçuruma apara bilər”.

Qeyd edək ki, Böyük Britaniyanın İran gəmisini həbs etdikdən sonra qarşılıqlı olaraq İran da Fars körfəzində Britaniyaya məxsus gəmini həbs edərək neft qaçaqmalçılığında ittiham etmişdi. Bu hadisədən sonra ABŞ körfəzin beynəlxalq sularında gəmilərin təhlükəsizliyini təmin etmək üçün hərbi donanmadan ibarət beynəlxalq koalisiya yaratmağı təklif edib.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular