10:10 26 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.8943

İlahiyyatçı Qurban bayramının önəmindən danışır

RADİO
Qısa URL
96 0 0

İlahiyyatçı Elşad Miri deyir ki, Qurban və Ramazan bayramları sosial yardımlaşmanı əsas götürür

Qurban bayramı İslamın Ramazan bayramı ilə bərabər iki ən böyük bayramından biridir.

İlahiyyatçı Elşad Miri Sputnik Azərbaycan-a deyir ki, insanlarımız qurbanın nə demək olduğunu anlamalıdırlar:  “Qurani-Kərimdə “qurban” sözü bizim bildiyimiz kimi heyvan kəsmək mənasında işlədilmir. Ərəb dilində qurban yaxınlaşmaq deməkdir. Ona görə də bu bayramın mahiyyətini dərk etməliyik. Digər tərəfdən, bu ibadətin düzgün şəkildə yerinə yetirilməsi üçün qurbanlar xüsusi yerlərdə kəsilməlidir. İslamın iki əsas bayramı - Qurban və Ramazan bayramları sosial yardımlaşmanı əsas götürür”.

“Yaradılış iyerarxiyasını qorumalıyıq. İbadətin pozulmamağı üçün qurbanlıq heyvanlar xüsusi yerlərdə kəsilməli, təmizlik olmalıdır. İslam dininin iki əsas bayramı da sosial yardımlaşmanı təbliğ edir”, – deyə o bildirib.

Qeyd edək ki, bu il Qurban bayramı avqust ayının 12-si və 13-nə təsadüf edir.

Elşad Mirinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular