15:15 19 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.8856
Azər Həsrət
© Sputnik / Murad Orujov

Çap mediasının taleyi necə olacaq - Azər Həsrət danışır

RADİO
Qısa URL
102 0 0

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyir ki, çap mediasına göstərilən dəstəyin onlayn mediaya yönəldilməsinin tərəfdarıdır

Sosial şəbəkələrdə çap mediasının ləğvi və onlayn mediaya keçid daim aktual müzakirə mövzularındandır.

Bununla bağlı Sputnik Azərbaycan-a danışan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyir ki, çap mediasına KİVDF tərəfindən yetərincə dəstək göstərilir.

“Ancaq hamıya məlumdur ki, çap mediasının irəli getməsi şübhəlidir. Dünya artıq çap mediasından imtina etməyə başlayıb. Bir çox ölkələrdə aparıcı media orqanları çap versiyadan imtina edərək, onlayn formada fəaliyyət göstərir. Azərbaycan hökuməti də çap mediasına dəstək göstərir, ancaq bu dəstəyin onlayn mediaya yönəldilməsinin tərəfdarıyıq. Onlayn mediada irəliləyişə nail olmağımız vacibdir", - deyə o bildirib.

Azər Həsrətin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular