Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

“Neftçi”nin “Bney Yahuda”ya qalib gəlmə şansı nə qədərdir - idman şərhçisi danışır

© Photo : Facebook / rovshan.binnatliRövşən Binnətli
Rövşən Binnətli - Sputnik Azərbaycan
Abunə olmaq
İdman şərhçisi Rövşən Binnətli deyir ki, iki oyunun nəticəsində “Netçi”nin “Bney Yahuda” səddini keçəcəyinə inanır
Rövşən Binnətli: “Neftçi” klublarımızın mənfi seriyasını sındıra bilər”

“Neftçi"nin UEFA Avropa Liqasının III təsnifat mərhələsində İsrail “Bney Yahuda"sı ilə Bakıda keçirəcəyi ilk oyunu üçün satılan biletlərin sayı bəlli olub.

İdman şərhçisi Rövşən Binnətli Sputnik Azərbaycan-a deyir ki, İsrail təmsilçiləri ilə bizim komandalarımızın oyunları alınmır: “Amma statistika dünəndə qalmış məsələdir. Bugünkü reallıq onu deməyə əsas verir ki, “Neftçi” klublarımızın İsrail komandaları ilə oyundakı mənfi seriyasını sındıra bilər. Bu gün “Neftçi”nin oyun səviyyəsi və komandadakı psixoloji vəziyyət bunu deməyə əsas verir. Ümumilikdə isə iki oyunun nəticəsində “Netçi”nin “Bney Yahuda” səddini keçəcəyinə inanıram”.

Qeyd edək ki, avqustun 8-i “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Bney Yehuda” oyunu saat 21:00-da başlayacaq. Cavab matçı bir həftə sonra İsraildə olacaq.

Rövşən Binnətlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0