CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kamran Əsədov: “Peşə təhsilli şəxslər əmək bazarının tələblərinə cavab vermirlər”

Abunə olmaq
Təhsil eksperti Kamran Əsədov deyir ki, bizim müəssisələr müasir çağırışlara cavab vermir
Kamran Əsədov: “Bu amil xidmət sektorunu gəlirli sahəyə çevirmir”

“Azərbaycanda peşə təhsili təsnifatının yenilənməsi üçün işlər aparılacaq”. Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Amil Əlili deyib.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanda peşə təhsilli insanların azlığı xidmət sektorunu çox da gəlirli sahəyə çevirmir: “Bu gün ölkəmizdə bir çox sahələrdə çalışan şəxslər heç bir peşə təhsili almayıblar. Ona görə də qeyd etdiyim sahələrdə keyfiyyət göstəricisi aşağıdır. Təəssüf ki, bu gün ölkəmizdə yüzə yaxın peşə təhsili müəssisəsi olsa da, onlar əmək bazarının tələblərinə cavab vermir. Dünya müasir çağırışlara doğru gedir, ancaq bizim müəssisələr bu çağırışlara cavab vermir”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0