Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İdman şərhçisi: ""Qarabağ"ı çətin sınaq gözləyir”

Abunə olmaq
İdman şərhçisi Sənan Şəfizadə deyir ki, "Qarabağ" UEFA Çempionlar Liqasının qrup mərhələsinə düşmək üçün mübarizə aparır
Sənan Şəfizadə: “APOEL rəqiblərini təxribata çəkməyi xoşlayır”

“Qarabağ”ın UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub. Ağdam təmsilçisi III təsnifat mərhələsində Kiprin APOEL komandasını mübarizədən kənarlaşdıracağı təqdirdə, püşkatmada “Slaviya” (Çexiya), “Yanq Boyz” (İsveçrə) və “Maribor” (Sloveniya) – “Rusenborq” (Norveç) cütünün qalibi ilə birgə səpələnməmişlər səbətində yer alacaq.

İdman şərhçisi Sənan Şəfizadə Sputnik Azərbaycan-a deyir ki, “Qarabağ”dan gözləntilər böyükdür və komanda iki mərhələ ilə kifayətlənə bilməz: “Komandanın “Dandolk”la oyundan sonra bir neçə itkisi var. Bununla belə komandanın hədəfləri çox böyükdür. “Qarabağ” UEFA Çempionlar Liqasının qrup mərhələsinə düşmək üçün mübarizə aparır. Hesab edirəm ki, APOEL əvvəlki rəqiblə müqayisədə kifayət qədər güclü rəqibdir. Həm də bu komanda rəqiblərini təxribata çəkməyi xoşlayır. Bu baxımdan “Qarabağ”ı çətin sınaq gözləyir”.

Sənan Şəfizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0