CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekspert: “Əmək bazarında magistratura pilləsini bitirmiş şəxslərə üstünlük verilməlidir”

© Sputnik / Anar MustafayevTəhsil eksperti Etibar Əliyev
Təhsil eksperti Etibar Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Təhsil eksperti Etibar Əliyev deyir ki, magistratura bitirmiş şəxslər təkcə hər hansı sahə üzrə formalaşmırlar, həmçinin elmi tədqiqatlarla məşğul olurlar
Etibar Əliyev: “Dünyada əmək bazarının tələbatı daha çox magistrlara olur”

Azərbaycanın ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə ixtisas seçimi başa çatıb.

Təhsil eksperti Etibar Əliyev Sputnik Azərbaycan-a deyir ki, magistratura pilləsini bitirmiş şəxslərə əmək bazarında tələbat daha böyükdür: “Dünyada əmək bazarının tələbatı daha çox magistrlara olur. Çünki onlar təkcə hər hansı sahə üzrə formalaşmırlar, həmçinin elmi tədqiqatlarla məşğul olurlar. Bu da insan kapitalının inkişafına səbəb olur. Bu gün magistratura təhsilinin genişlənməsi və gənclərin cəlb olunması vacib məsələdir. Düşünürəm ki, indiki şəraitdə əmək bazarında magistratura pilləsini bitirmiş şəxslərə daha çox üstünlük verilməlidir. Təəssüfləndirici haldır ki, magistr təhsili alanlar bakalavr mərhələsini bitirənlərin kiçik bir hissəsini təşkil edir. Artıq bir çox ölkələrdə orta məktəb müəllimlərinin magistr təhsilinə yiyələnməsi gündəmə gətirilir”.

Qeyd edək ki, boş yerlərə ixtisas seçimi iyulun 23-dən başlayıb. Bu il ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunan (o cümlədən qəbul olduğu təhsil müəssisəsində qeydiyyatdan keçməyən) bakalavrların boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa biləsiniz

Xəbər lenti
0