05:15 16 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.8818
Etibar Əliyev
© Sputnik / Murad Orujov

Ekspert: "Azərbaycanda müəllim peşəsinə tələbat artır"

RADİO
Qısa URL
145 0 0

Təhsil eksperti Etibar Əliyev deyir ki, müəllim olmaq istəyənlər öz üzərlərində müəyyən məsuliyyət hiss edirlər.

"Bu gün müəllim peşəsinə müəyyən dərəcədə tələbat artır və bu onu göstərir ki, artıq əksər regionlarda müəllim peşəsindən yaxşı peşənin olmadığı qənaətinə gəlirlər". Bunu Sputnik Azərbaycan-a açıqlamasında "XXI Əsr" Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri, təhsil eksperti Etibar Əliyev deyib.

Onun sözlərinə görə, müəllimlərin imtahan yolu ilə işə qəbulu isə pedaqoji kadrları hazırlayan ali məktəblərin işinə qiymət verməyi mümkün edəcək: "Bundan başqa,  məktəblərə öz üzərində məsuliyyət hiss edən, biliyi yoxlanılıb və təsdiq edilmiş şəxslər müəllim kimi göndərilirlər. Müəllim olmaq istəyənlər, həmçinin, öz üzərlərində müəyyən məsuliyyət hiss edirlər".

Qeyd edək ki, iyulun 24-də Təhsil naziri Ceyhun Bayramov müəllimlərin işə qəbulu imtahanında ən yüksək nəticə göstərən namizədlərlə görüşüb. Nazir bildirib ki, 55 minə yaxın şəxsin müəllim işləmək üçün müraciət etməsi prosesin obyektiv və şəffaf keçirilməsinə olan etimaddan xəbər verir. Həmçinin o, Azərbaycanın təhsil tarixində ilk dəfə 2090 nəfər abituriyentin 500 və daha yuxarı bal toplayaraq məhz müəllimlik ixtisasına yiyələnməsini diqqətə çatdırıb.

Ekspertin geniş şərhini audiofaylda dinləyə bilərsiniz

Əsas mövzular