CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda siqaretlə bağlı qadağalara riayət edilirmi - ekspert danışır

© Sputnik / Murad OrujovAzad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov - Sputnik Azərbaycan
Abunə olmaq
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, qanunlar qəbul olunur, lakin onun icrasında böyük problemlər yaşanır
Eyyub Hüseynov: “Əmtəə bazarında qaçaq yolla gətirilmiş siqaretlər var”

Avstriya parlamenti bar və restoranlarda siqaret çəkməyi qadağan edən qanun layihəsi qəbul edib. Qanun noyabrdan qüvvəyə minəcək. Bundan başqa, qapalı zallarda və küçədə terraslarda da siqaret çəkmək qadağan ediləcək.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanda isə siqaret çəkmək əleyhinə aparılan mübarizə aşağı səviyyədədir:

“Ölkə prezidenti bununla bağlı davamlı olaraq fərmanlar və tapşırıqlar verir. On il öncə qəbul edilən “Tütün və tütün məmulatları haqqında” Azərbaycan Respublikasının Qanununda bir çox maddələr insanların xeyrinə idi. Yeni dəyişikliklərdə isə daha üstün şeylər var. Buna baxmayaraq nəticə yoxdur. Azərbaycan dünyanın az ölkələrindəndir ki, supermarketlərə daxil olanda insanları ilk olaraq siqaret piştaxtaları qarşılayır. Qanunlar qəbul olunur, lakin onun icrasında böyük problemlər yaşanır. Ölkəmizdə təhlükəli siqaretlər istehsal olunur və ondan, xüsusən uşaqlar istifadə edir. Həmçinin əmtəə bazarında qaçaq yolla gətirilmiş siqaretlər var”.

Qeyd edək ki, 29 dekabr 2017-ci ildə dövlət başçısı “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb.

Eyyub Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz      

Xəbər lenti
0