20:56 24 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.8816
Məlahət Mürşüdlü
© Sputnik / Murad Orujov

Ekspert Bakı məktəblərindəki sıxlığın əsas səbəbləri barədə danışır

RADİO
Qısa URL
133 0 0

Təhsil üzrə ekspert Məlahət Mürşüdlü deyir ki, 40-45 şagird olan sinifdə təlimin keyfiyyətindən söhbət də gedə bilməz.

"Orta məktəblərdə şagird sıxlığı daha çox Bakının mərkəzi məktəblərində hiss olunur". Bunu Sputnik Azərbaycan-a açıqlamasında təhsil eksperti Məlahət Mürşüdlü deyib.

Ekspert bildirib ki, yaxşı ibtidai sinif müəllimi, qüvvətli fənn müəllimi axtarışında olan valideynlər Mərdəkan, Buzovna və digər yerlərdən öz uşaqlarını mərkəzdə yerləşən məktəblərə gətirirlər: "Bu da siniflərdə sıxlıq yaradır. Hazırda elə ibtidai siniflər var ki, 40-45 şagird təhsil alır və burada müəllim üçün təlimin keyfiyyətindən söhbət gedə bilməz. Şagird sıxlığının aradan qaldırılması üçün əvvəllər belə bir qayda var idi ki, hər bir şagird yaşadığı ərazidə mövcud olan məktəbdə təhsil almalıdır. Başqa ərazilərdə olan məktəbə getməməlidir".

Qeyd edək ki, son illərdə ölkəmizdə formalaşmış müsbət demoqrafik şəraitə görə birinci siniflərə qəbulda artım dinamikası müşahidə edilir. Trend-in məlumatına görə, bu barədə təhsil naziri Ceyhun Bayramov bildirib. Nazir qeyd edib ki, 2013-cü ildə birinci siniflərə 138 min şagird qəbul olmuşdusa, bu il bu göstəricinin 165 mindən çox olması gözlənilir.

Ekspertin geniş şərhini audiofaylda dinləyə bilərsiniz.

Əsas mövzular