Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanda uşaqların yaradıcılıqla məşğul olma imkanları varmı - Zöhrə Əliyeva danışır

© Sputnik / Murad Orujov“Mədəniyyət.az” jurnalının baş redaktoru Zöhrə Əliyeva
“Mədəniyyət.az” jurnalının baş redaktoru Zöhrə Əliyeva - Sputnik Azərbaycan
Abunə olmaq
“Mədəniyyət.az” jurnalının baş redaktoru Zöhrə Əliyeva Sputnik Azərbaycan-a deyir ki, təhsil sahəsində aparılan islahatlar uşaqların bədii-estetik zövqlərinin formalaşmasına müsbət təsir göstərir
Zöhrə Əliyeva: “Uşaqların mədəni inkişafı üçün böyük imkanlar mövcuddur”

Bu gün Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzində Azərbaycanda uşaq və gənclərin yaradıcılıq problemləri mövzusunda tədbir keçirilib.

“Mədəniyyət.az” jurnalının baş redaktoru Zöhrə Əliyeva Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanda uşaqların mədəni inkişafı üçün böyük imkanlar mövcuddur:

“Hazırda ölkəmizdə uşaq yaradıcılığı sahəsində fəaliyyət göstərən çoxsaylı özəl və dövlət müəssisəsləri var. Azərbaycanda uşaqların yaradıcılığa meylli olması həmişə olub. Valideynlər hər zaman çalışır ki, uşaqları hansısa incəsənət sahəsi ilə məğul olsun. Azərbaycanda təhsil sahəsində aparılan islahatlar və tətbiq olunan yeniliklər də uşaqların fərdi inkişafına, həmçinin bədii-estetik zövqlərinin formalaşmasına müsbət təsir göstərir”.

Zöhrə Əliyevanın fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0