23:30 14 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8752
İlqar Vəlizadə
© Sputnik / Murad Orujov

İranın uranı zənginləşdirməsi nə ilə nəticələnə bilər - politoloq proqnozlarını açıqladı

RADİO
Qısa URL
136 0 0

Politoloq İlqar Vəlizadə deyir ki, ABŞ-İran arasında yaşanan fikir ayırılıqları sazişin perspektivlərini qeyri-müəyyən edir

İran daha özünün nüvə obyektlərində uranın zənginləşdirilməsi norması ilə bağlı məhdudiyyətlərə riayət etməyəcək. Bu barədə Tehranda keçirilən mətbuat konfransında İranın Xarici İşlər nazirinin müavini Abbas Araqçı bildirib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, ABŞ və İran arasında nüvə razılaşması ilə bağlı yaşananlar sazişin gələcəyini şübhə altına salır:

“Sazişin iştirakçısı digər ölkələr onun həyata keçirilməsinə çalışırlar. Bu baxımdan ABŞ-İran arasında yaşanan fikir ayırılıqları sazişin perspektivlərini qeyri-müəyyən edir. Bu da özlüyündə regional və beynəlxalq münasibətlərə ciddi təsir göstərir. Vasitəçilər ABŞ və İranı ortaq məxrəcə gətirmək üçün inandırmağa çalışırlar. Təəssüf ki, tərəflərin sazişə münasibəti fərqlidir və onlar danışıqlardan boyun qaçırırlar”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

Əsas mövzular