09:33 21 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov
© Sputnik / Murad Orujov

Rüfət Məmmədov ticarət evlərinin fəaliyyəti barədə: ixracatçılarımız bundan faydalanırlar

RADİO
Qısa URL
77 0 0

İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyir ki, xarici bazarlarda fəaliyyət göstərən ticarət evlərimiz bazarın xüsusiyyətlərini bilir

“Azərbaycanın ilk ticarət evi 2017-ci ildə Belarusda açılıb”. Bu barədə jurnalistlərə açıqlamasında iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.

Rüfət Məmmədov bildirib ki, bu ticarət evi uğurla fəaliyyət göstərir. Bir sıra məhsullarımız bu ticarət evi vasitəsi ilə bazara çıxarılıb. 2018-ci ildə üç ticarət evi açılıb. Həmin bazarlarda fəaliyyət göstərən ticarət evlərimiz bazarın xüsusiyyətlərini bilir, mağaza şəbəkələri ilə əməkdaşlıq edirlər. Bu, praktiki bir mexanizmdir və ixracatçılarımız da bundan faydalanırlar. Bununla da həm ixrac coğrafiyasını, həm də həcmini artırırlar”.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Bakı Biznes Mərkəzində Azərbaycan-Monteneqro Biznes Forumunda çıxışında bildirib ki, Azərbaycanın ixrac imkanlarının artırılması, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, müxtəlif ölkələrdə Azərbaycan Ticarət Evlərinin yaradılması və digər işlər aparılır və ümid edir ki, yaxın zamanda Monteneqroda da Azərbaycan Ticarət Evi açılacaq.

Rüfət Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular