07:57 26 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.8816
Trend İnformasiya agentliyinin direktor müavini, politoloq Arzu Nağıyev
© Sputnik / Murad Orujov

Ekspert: “Avropa İttifaqı ABŞ və İran müharibəsinə əngəl ola bilər”

RADİO
Qısa URL
156 0 0

Politoloq Arzu Nağıyev deyir ki, vəziyyətdən böyük müharibənin qoxusu gəlməsə də, lokal qarşıdurmaların baş verməsi labüddür

ABŞ prezidenti Donald Tramp İrana zərbə endirmək üçün Konqresdən razılıq almağın gərək olmadığını bildirib. Onun sözlərinə görə, qanuna əsasən, prezident ABŞ Konqresindən icazə istəməməlidir.

Politoloq Arzu Nağıyev Sputnik Azərbaycan-a deyir ki, hazırda ABŞ və Avropa İttifaqı arasında bu məsələ ilə bağlı danışıqlar gedir: “Avropa İttifaqı çalışır ki, İranı sazişdən çıxmağa qoymasın. Yaranmış vəziyyətdən böyük müharibənin qoxusu gəlməsə də, lokal qarşıdurmaların baş verməsi labüddür. Düşünürəm ki, Avropa İttifaqının təşkilatçılığı ilə ABŞ və İran arasında danışıqlar baş verə bilər”.

Qeyd edək ki, 2015-ci il iyulun 15-də İranla “altılıq” ölkələri (ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Çin və Rusiya) arasında rəsmi Tehranın nüvə proqramına dair imzalanıb. Avropa İttifaqının ali nümayəndəsi, Almaniya, Britaniya və Fransanın xarici işlər naziriləri birgə bəyanat yayaraq, İranın nüvə anlaşmasındakıə öhdəliklərinin yerinə yetirməyə çağırıblar.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular