Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Ekspert dönərxanalardan danışdı: təhlükəli heyvan ətlərindən dönər hazırlayırlar

© Sputnik / Murad OrujovAzad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov - Sputnik Azərbaycan
Abunə olmaq
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, Səhiyyə Nazirliyi tərəfindən qadağan olunsa da, dönərxanaların 85 faizində toyuq dönəri hazırlanır
Eyyub Hüseynov: “Toyuq dönəri xəstəliklərin yaranmasına şərait yaradır”

“Azərbaycanda fəaliyyət göstərən dönərxanalarda standarta uyğun olmayan dönər hazırlanır”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

“Ölkədə 15 mindən çox dönərxana fəaliyət göstərir. Bu dönərxanaların çox az qismi dönər ətinin hazırlanma, saxlanma qaydalarına riayət edir. Qalan dönərxanalara standarta uyğun olmayan, təhlükəli heyvan ətlərindən dönər hazırlayır. Toyuq ətindən dönərin hazırlanması 2006-cı ildən qadağan edilsə də, hələ də bişirilib satılır. Aparılan montorinqlər nəticəsində müəyyən olunub ki, Səhiyyə Nazirliyi tərəfindən qadağan olunsa da, dönərxanaların 85 faizində toyuq dönəri hazırlanır. Toyuq dönəri xəstəliklərin yaranmasına şərait yaradır. Düşünürəm ki, Qida Təhlükəsizliyi Agentliyi bu məsələləri həll etməlidir” - deyə o bildirib.

Qeyd edək ki, iyunun 25-də Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, "Maşın bazarı" adlanan ərazidə satılan dönərdən baş vermiş kütləvi zəhərlənmə hadisəsi ilə bağlı daxil olmuş məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyində dərhal operativ işçi qrupu yaradılıb, zəhərlənən şəxslərin yerləşdirildiyi Klinik Tibbi Mərkəzdə qida təhlükəsizliyi araşdırmalarına başlanılıb.

Eyyub Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0