SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq: “Gürcüstandakı hadisələrdən istifadə edən radikal qüvvələr var”

Abunə olmaq
Politoloq Fikrət Sadıxov deyir ki, bütün məsələləri danışıqlar yolu ilə həll etmək olar
Fikrət Sadıxov: “Gürcüstanda qeyri-stabillik Azərbaycanın maraqlarına cavab vermir”

Tbilisidə keçirilən kütləvi etiraz aksiyaları davam edir. Etirazçılar aksiyada təxribatların olacağı ilə bağlı xəbərdarlıq ediblər.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, Rusiya nümayəndə heyəti Gürcüstan hökumətinin dəvəti ilə gəlmişdi: “Baş verən hadislərdən istifadə edən radikal qüvvələr var. Bu hadisələrin ərəfəsində də Gürcüstan cəmiyyətində qarşıdurma mövcud idi. Bu qarşıdurma müəyyən nöqtədə öz nəticəsini verməli idi. Gürcü xalqı baş verənlərdən nəticə çıxarmalıdır. Düşünürəm ki, bütün məsələləri danışıqlar yolu ilə həll etmək olar. Gürcü siyasətçiləri vəziyyətin stabilləşdirilməsinə çalışmalıdırlar. Gürcüstanda qeyri-stabil vəziyyət Azərbaycanın da maraqlarına cavab vermir”.

Qeyd edək ki, Gürcüstan müxalifəti iyunun 20-də parlament qarşısında toplaşaraq  parlament spikeri İrakli Kobaxidzenin istefasını tələb edib. Etirazçılar və hüquq-mühafizə orqanları əməkdaşları arasında qarşıdurma baş verib. Qarşıdurmada 240 nəfər yaralanıb.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

Xəbər lenti
0