SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq Trampla Putinin görüşündən gözləntilərini açıqladı

Abunə olmaq
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, konqres və dövlət departamenti Rusiya ilə siyasətdə sərt xəttin yürüdülməsinin tərəfdarıdır
Elxan Şahinoğlu: “Görüş iki ölkə arasındakı dərin problemləri həll etməyəcək”

“Mən Rusiya ilə münasibətləri yoluna qoymaq istəyirəm və düşünürəm ki, belə də olacaq”. Amerika lideri bunu "Fox News"a müsahibəsində deyib.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, Tramp Rusiya ilə münasibətlərin yumşalmasını istəyir, ancaq eyni zamanda Rusiyaya sanksiyalar tətbiq olunur və bu getdikcə sərtləşir:

“İki liderin dialoqu münasibətlərə yumşalma gətirə bilər. Ancaq ABŞ-da qərarı tək prezident vermir. Konqres və dövlət departamenti Rusiya ilə siyasətdə sərt xəttin yürüdülməsinin tərəfdarıdır. Düşünürəm ki, bu görüş iki ölkə arasındakı dərin problemləri həll etməyəcək”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0