05:42 23 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9069
Anar Əliyev
© Photo : ƏƏSMN-nin mətbuat xidməti

Nə qədər adamın əməkhaqı artırılıb – nazir müavini danışır

RADİO
Qısa URL
141 0 0

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyir ki, yeni artım 660 mindən çox pensiyaçını əhatə edəcək

“Dövlət başçısının iyunun 18-də imzaladığı Sərəncamlarla 1 milyon 350 min insanın əməkhaqlarında ciddi artımlar edilir”. Sptunik Azərbaycan xəbər verir ki, bunu AzərTac-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib.

O qeyd edib ki, minimum əməkhaqqının artımı məqsədilə imzalanan həmin Sərəncamla Azərbaycanda minimum əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 40 faizədək artırılmaqla 180 manatdan 250 manata çatdırılacaq:

“Həmçinin Prezidentin təşəbbüsü ilə pensiyaların minimum məbləği oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacaq. Bu, təxminən 25 faiz artım deməkdir. İlkin hesablamalara görə, yeni artım 660 mindən çox pensiyaçını əhatə edəcək”.

Anar Əliyevin  geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular