Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Baş katib boksçularımızın Avropa Oyunlarına hazırlığından danışır

© AZƏRTACNağı Səfərov
Nağı Səfərov - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov deyir ki, boks yığmamız Özbəkistanda Qazaxıstan, Tacikistan və yerli komanda ilə birgə məşqləri davam etdirəcək
Nağı Səfərov: “Ölkəmizi yüksək səviyyədə təmsil etməsi üçün əlimizdən gələni edəcəyik”

Boksçularımız Belarusun paytaxtı Minskdə təşkil olunacaq ikinci Avropa Oyunlarına hazırlıq prosesinin sonuncu mərhələsini keçmək üçün Özbəkistana yola düşüblər. Əsas məqsəd onları bu nüfuzlu yarışa hərtərəfli hazırlamaqdır.

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov AZƏRTAC-a məxsusi müsahibəsində deyib.

Boksçularımızın bu il bir sıra yarışlarda uğurla çıxış etdiklərini vurğulayan baş katib bildirib: “Boks yığmamız Özbəkistanda Qazaxıstan, Tacikistan və yerli komanda ilə birgə məşqləri iyunun 16-dək davam etdirəcək. İyunun 18-də isə komanda oyunlarda iştirak etmək üçün Minskə yola düşəcək. Boksçularımızın ölkəmizi ikinci Avropa Oyunlarında yüksək səviyyədə təmsil etməsi üçün əlimizdən gələni edəcəyik”.

Nağı Səfərovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0