21:16 26 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0272
  • EUR1.9396

Dövlət rəsmisi: “Beynəlxalq nəqliyyat layihələri Azərbaycanın mövqeyini möhkəmləndirir”

RADİO
Qısa URL
72 0 0

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbəri Həbib Həsənov deyir ki, nəqliyyat sahəsinin inkişafı Azərbaycan üçün böyük əhəmiyyət daşıyır

Bakıda 18-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika “TransCaspian 2019” və 9-cu Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road & Traffic 2019” Sərgisi keçirilir. “Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Şərq-Qərb kimi beynəlxalq nəqliyyat layihələri Azərbaycanın tranzit mövqeyini möhkəmləndirir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbəri Həbib Həsənov bildirib.

Onun sözlərinə görə, nəqliyyat sahəsinin inkişafı Azərbaycan üçün böyük əhəmiyyət daşıyır: “Ötən ildən fərqli olaraq bu il iştirak edən ölkələrin sayı artıb. Sərgidə dövlət orqanları ilə yanaşı özəl sektorun da iştirakı gözlənilir. Düşünürük ki, builki sərgidə böyük nəticələr əldə olunacaq. Bu sərginin ən böyük özəlliyi isə ölkəmizin həyata keçirdiyi irimiqyaslı layihələrin fonunda baş tutmasıdır”.

Qeyd edək ki, sərgi iyunun 13-ə qədər davam edəcək. Sərgi Xəzəryanı regionun aparıcı nəqliyyat tədbirlərindən biri olmaqla yanaşı, dəmiryol, nəqliyyat-loqistika xidmətləri və kommersiya nəqliyyatı sahəsində əsas dövlət strukturları ilə kommersiya təşkilatlarını bir araya gətirir. 2019-cu ildə “TransCaspian” sərgisi “Road & Traffic” sərgisi ilə birlikdə 10 ölkədən 75 şirkəti təmsil edən iştirakçıları bir araya gətirib.

Həbib Həsənovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular