SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Saakaşvilinin Ukraynaya qayıtması nə ilə nəticələnəcək - politoloq şərhi

© Sputnik / Irade JELILMübariz Əhmədoğlu, politoloq
Mübariz Əhmədoğlu, politoloq - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Mübariz Əhmədoğlu deyir ki, bir müddət sonra Saakaşvili Zelenskidən narazılıq edəcək
Mübariz Əhmədoğlu: “Saakaşvilinin Zelenskidən uzaqlaşması daha tez baş verə bilər”

Ukrayna prezidenti Vladimir Zelenski Mixail Saakaşviliyə Ukrayna vətəndaşlığını geri qaytarıb. Bu barədə sərəncam dövlət başçısının rəsmi saytında dərc olunub.

Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, Saakaşvili bir neçə ay Zelenskinin ssenarisinə uyğun davranacaq:

“Nəzərə alınmalıdır ki, Zelenski Poroşenko qədər Rusiya əleyhdarı deyil və onun buna ehtiyyacı yoxdur. Ola bilsin ki, bir müddət sonra Saakaşvili Zelenskidən narazılıq edəcək.  Zelenski öz bacarığına görə prezident seçilməyib. O, Poroşenko əleyhdarı olduğu üçün müəyyən oliqarx qrupların dəstəyinə nail oldu. Düşünrəm ki, Ukrayna Ali Radası prezidentin əleyhinə olacaq. Belə vəziyyətdə Saakaşvilinin Zelenskidən uzaqlaşması daha tez baş verə bilər”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0