Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İngilislər hansı pivəni içəcək - Samir Dübəndi Bakı “pab”larının imkanları şərh edir

Abunə olmaq
DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyir ki, ingilis azarkeşlərin tanıdığı pivə brendləri Azərbaycanda yetərincə təmsil olunurlar
Samir Dübəndi: “Pab”lar təhülkəsizlik məsələsinə diqqəti artırmalıdırlar”

“Bilirəm ki, onlara xeyli pivə lazım olacaq. Amma biz hazırıq. Bütün pivə zavodları tam gücü ilə işləyir. Amma onların nəyisə dağıdacaqlarını düşünmürəm. Çünki başqa yerlərdə də dağıtmayıblar”. Bunu jurnalistlərə Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçı haqqında fikirlərini bölüşərkən Gənclər və idman naziri Azad Rəhimov deyib.

DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi Sputnik Azərbaycan-a deyir ki, ingilis azarkeşlərin tanıdığı pivə brendləri Azərbaycanda yetərincə təmsil olunurlar:

“Bununla yanaşı, yerli istehsal olan pivələr də xarici turistlər tərəfindən sevilir. Bakıda kifayət qədər “pab”lar fəaliyyət göstərir və onlar yüzlərlə insanı bir yerə toplamaq gücündədir. Belə beynəlxalq yarışların sayı artdıqca “pab”ların sayı da artacaq. Düşünürəm ki, “pab”lar həm də təhülkəsizlik  məsələsinə diqqəti artırmalıdırlar. Təhükəsizliyin artırılması üçün hansısa özəl şirkətlərə və Daxili İşlər Nazirliyinə müraciət edə bilərlər”.

Qeyd edək ki, mayın 29-da Bakıdakı Olimpiya Stadionunda iki ingilis komandası-“Arsenal” və “Çelsi” arasında UEFA Avropa Liqasının finalı keçiriləcək.

Samir Dübəndinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0