Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

AXC-nin varlığını kimlər istəmirdi - tarixçi 101 il əvvəlki siyasi vəziyyəti şərh edir

© Sputnik / Murad OrujovQafqaz tarixi mərkəzinin direktoru, siyasi icmalçı, Rizvan Hüseynov
Qafqaz tarixi mərkəzinin direktoru, siyasi icmalçı, Rizvan Hüseynov - Sputnik Azərbaycan
Abunə olmaq
Qafqaz Tarixi Mərkəzinin direktoru, tarixçi Rizvan Hüseynov deyir ki, xarici siyasi səhnədə mövcud olan qüvvələr erməni və gürcü dövlətinin yaranmasına dəstək versələr də Azərbaycan dövlətinin yaranmasına əngəl yaradırdılar
Rizvan Hüseynov: “AXC tarixi müstəqil Azərbaycan üçün düstur olaraq qalacaq”

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 101 il ötür

Qafqaz Tarixi Mərkəzinin direktoru, tarixçi Rizvan Hüseynov Sputnik Azərbaycan-a deyir ki, bizim cümhuriyyətimizin möcvud olmasını istəyən qüvvələr yox idi:  

“Həmin dövrdə xarici siyasi səhnədə mövcud olan qüvvələr erməni və gürcü dövlətinin yaranmasına dəstək versələr də Azərbaycan dövlətinin yaranmasına əngəl yaradırdılar. Həmin dövrdə Azərbaycanın  mütəfəkkirləri böyük itkilər bahasına dövlətimizi yaratmağı bacardılar. Bu gün də bizim dövlətimiz üçün belə əngəllərin yaradılmasına çalışılır. Azərbaycan dövlətinin mövcudluğu hələ də kimlərinsə maraqlarına toxunur. AXC tarixi müstəqil Azərbaycan üçün düstur olaraq qalacaq”

Qeyd edək ki, 1918-ci il mayın 28-də müsəlman Şərqinin ilk demokratik dövləti - Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb.

Rizvan Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0