CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekspert çimərliklərin vəziyyətindən danışır

© Sputnik / Murad OrujovAzad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov - Sputnik Azərbaycan
Abunə olmaq
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, hər il çimərliklərin çimmək üçün uyğun olmadığı müəyyənləşir
Eyyub Hüseynov: “Bakı ətrafında təmiz çimərlik yoxdur”

“Hər il olduğu kimi bu il də çimərlik mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq dövlət sanitariya orqanı may ayının 6-dan Abşeron yarmadasında yerləşən çimərliklərində yoxlamalara başlayıb”. Bu barədə Səhiyyə Nazirliyinin Sanitar-Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a deyir ki, çimərliklərin 90 faizi çimmək üçün uyğun deyil:

“Hər il Səhiyyə Nazirliyi çimərliklərdə yoxlamalar aparır və onların çimmək üçün uyğun olmadığı müəyyənləşir. Lakin buna baxmayaraq, tələbat çox olduğu üçün insanlar bu çimərliklərə yenə də gedirlər. Bu sahədə əhalinin maarifləndirilməsi aşağı səviyyədədir. Demək olar ki, Bakı ətrafında təmiz çimərlik yoxdur. Dənizin kənarlarındakı təmiz yerlər hasarlanıb. Bu hasarlar ləğv edilməlidir. Həmçinin, o insanların çimərliklərdən istifadə mədəniyyəti yüksəldilməlidir”.

© © KarikaturaTəəccüb
Ekspert çimərliklərin vəziyyətindən danışır - Sputnik Azərbaycan
Təəccüb

Eyyub Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0