11:01 25 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Azərbaycanda qadına qarşı zorakılığın əsas səbəbi nədir - Ekspert danışır

RADİO
Qısa URL
2934 0 0

“Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin sədri Ülkər Abdullayeva deyir ki, Azərbaycanda qadınların zorakılığa məruz qalmasının ən önəmli səbəblərindən biri iqtisadi müstəqilliklərinin olmamasıdır

“Azərbaycanda keçirilən gender əsaslı zorakılıq üzrə tədqiqatın nəticələrinə kişilərin 32,5%-nin zorakılıq törətməsi, qadınların isə 32,1%-nin zorakılığa məruz qalma halları qeydə alınıb”.  Bunu BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Qulam İshaqzai “Azərbaycanda qadına qarşı zorakılığın iqtisadi nəticələri” adlı tədqiqat hesabatının təqdimat mərasimində çıxışı zamanı deyib.

“Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin sədri Ülkər Abdullayeva Sputnik Azərbaycan-a deyir ki, qadınların davamlı olaraq zorakılığa məruz qalmasının səbəblərindən bir də onların iqtisadi müstəqilliyinin olmamasıdır:

“Təbii ki, iqtisadi cəhətdən asılı olan qadını zorakılığa, təzyiqə məruz qalacaq. Azərbaycanda da qadınların zorakılığa məruz qalmasının ən önəmli səbəblərindən biri iqtisadi müstəqilliklərinin olmamasıdır. Azərbaycan ailələri son illərdə sürətlə dağılır. Bunun bir səbəbi də iqtisadi amillərlə bağlıdır.  Bunun aradan qaldırılması üçün çox ciddi islahatlar aparılmalı, birbaşa qadınlara yönəlik proqramlar həyata keçirilməlidir”.

Ülkər Abdullayevanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular