12:45 15 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.8818

OPEC ölkələri neft hasilatını azaldacaqmı - ekspert şərhi

RADİO
Qısa URL
143 0 0

İqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, növbəti toplantıda İranın kvotasının körfəz ölkələri arasında bölünməsi məsələləri müzakirə oluna bilər

OPEC+ Nazirlərin Birgə Monitorinq Komitəsinin son iclasında neft bazarı və makroiqtisadi inkişafın cari vəziyyətini təhlil edərək ticarət danışıqları, geosiyasi problemlər kimi ciddi qeyri-müəyyənliklərin mövcudluğu şəraitində iyun görüşünədək neft bazarının, xüsusilə də neft ehtiyatlarının monitorinqi və təhlilinin davam etdirilməsi məsləhət görülüb.

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyir ki, bir çox ölkələr neft hasilatı kvotasının azaldılmasının əleyhinədir:

“Onsuz da İranın dünya neft bazarından çıxması ilə gərginlik artır. O cümlədən Liviyada və Venesuelada baş verən hadisələr də neft hasilatını kifayət qədər azaldıb. Ona görə də, iyunda keçiriləcək toplantıda hasilatın azaldılması ilə bağlı qərarın  qəbul olunacağını düşünmürəm. ABŞ Səudiyyə Ərəbistanına hasilatın azalmaması üçün təzyiq edir. Ola bilsin ki, növbəti toplantıda İranın kvotasının körfəz ölkələri arasında bölünməsi məsələləri müzakirə olunsun”.

Qeyd edək ki, Nazirlərin Birgə Monitorinq Komitəsinin 15-ci iclasının iyunda Vyanada keçirilməsinə qərar verilib.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular