12:01 18 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9097
İlqar Vəlizadə
© Sputnik / Murad Orujov

Politoloq ABŞ-İran gərginliyi haqqında: İran belə vəziyyətə alışıb

RADİO
Qısa URL
92 0 0

Politoloq İlqar Vəlizadə deyir ki, İranın xarici investisiyalarla qurulmuş müəssisələri ABŞ sanksiyalarından payını alacaq

“İran tərəfi ABŞ-a qarşı müqavimət göstərməkdə davam edir, lakin müharibə olmayacaq”. Bunu İranın ali dini lideri ayətullah Əli Xamenei Birləşmiş Ştatlarla mümkün müharibə ehtimallarını şərh edərkən deyib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, ABŞ sanksiyalarının İrana təsiri uzunmüddətli xarakter daşıyır:

“Hazırda sanksiyaların hansı nəticələr verəcəyini qabaqcadan söyləmək çətindir. Sanksiyalar İran sənayesinə təsir göstərəcək. Xüsusəndə, İranın xarici investisiyalarla qurulmuş müəssisələri ABŞ sanksiyalarından payını alacaq. Belə müəssisələrin fəaliyyətləri məhdudlaşdırılacaq. İranın maliyyə sisteminin imkanları sanksiyalar vasitəsilə məhdudlaşdırılır. Paralel olaraq dünya neft bazarının daralması da İran üçün yaxşı heç nə vəd etmir. Ancaq onu da deməliyik ki, İran iqtisadiyyatı uzun illərdir sanksiyalar şəraitində fəaliyyət göstərdiyi üçün vəziyyətə alışıb”.

Qeyd edək ki, ABŞ ordusu İran tərəfindən gözlənilən potensial təhlükə səbəbindən İraq və Suriyada həyəcan səviyyəsini artırıb.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular