Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycan “Avroviziya-2019”da uğur qazana biləcəkmi - Xalq artisti danışdı

© REPORTMübariz Tağıyev
Mübariz Tağıyev - Sputnik Azərbaycan
Abunə olmaq
Xalq artisti Mübariz Tağıyev deyir ki, Çingizin Azərbaycana qalibiyyətlə qayıtmasını istəyir
Mübariz Tağıyev: “Bu mahnı onun çalışdığı istiqamətə uyğun deyil”

İsrailin paytaxtı Təl-Əvivdə “Avroviziya-2019” beynəlxalq mahnı müsabiqəsi start götürüb. Azərbaycanı “Avroviziya-2019”da gənc müğənni və bəstəkar Çingiz Mustafayev “Truth” adlı mahnı ilə təmsil edəcək. Mahnının müəllifi bolqarıstanlı-avstriyalı bəstəkar Borislav Milanovdur.

Xalq artisti Mübariz Tağıyev Sputnik Azərbaycan-a deyir ki, Çingiz Mustafayev çox istedadlı gəncdir:

“Çingiz gənc olmasına baxmayaraq, peşəkardır və Azərbaycana bağlı insandır. Onun musiqi duyumu gözəldir və müasirliyi sevir. Əvvəl mənə elə gəldi ki, bu mahnı onun çalışdığı istiqamətə uyğun deyil, ancaq istedadlı insan bütün istiqamətlərdə işləyə bilər. Mahnı mənim xoşuma gəldi və düşünürəm ki, Çingiz öhdəsindən gəlib. Çox istərdim ki, Çingiz Azərbaycana qalibiyyətlə qayıtsın”.

Xalq artistinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0