Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Azərbaycan MDB-də bir nömrəli donor ölkədir - Qızıl Aypara Cəmiyyətinin numayəndəsi

© Sputnik / Murad OrujovРуководитель отдела Общества Красного полумесяца Азербайджана Сеймур Гумбатов
Руководитель отдела Общества Красного полумесяца Азербайджана Сеймур Гумбатов - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Seymur Hümbətov deyir ki, Cəmiyyətin fondlarının artırılması üçün marketlərdə yardım qutuları quraşdırılıb
Seymur Hümbətov: “Yardımlar rəsmi müraciət əsasında edilir”

“Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göstərdiyi fəaliyyətə görə MDB məkanında bir nömrəli donor ölkəyə çevrilib”. Bunu Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Seymur Hümbətov deyib.

Seymur Hümbətov bildirib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 85 rayon, 8 regional mərkəzi mövcuddur:

“Biz baş idarə olaraq yerlərdəki fəaliyyətlə bağlı hesabatları qəbul edirik, ancaq hansısa humanitar yardım etmirik. Onu da qeyd edim ki, Cəmiyyətin fondlarının artırılması üçün marketlərdə yardım qutuları quraşdırılıb. Buradan yığılan vəsait ehtiyacı olan şəxslərə verilir. Yardımlar təhsil sahəsində ehtiyacı olan şəxslərə, həmçinin səhhətində problem olanlara rəsmi müraciət əsasında edilir”.

Seymur Hümbətovun fikirlərinə audio faylda qulaq asa bilərsiniz 

Xəbər lenti
0