16:55 18 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Самир Дюбенди
© Sputnik / Murad Orujov

Turizmin inkişafı üçün hansı imtiyazlar tətbiq edilməlidir - Samir Dübəndi danışır

RADİO
Qısa URL
21910

DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyir ki, Azərbaycan turizm bazarındakı qiymətlər ortabüdcəli tursitlər üçün bir qədər yüksəkdir

“Kütləvi turist axınına nail olmaq üçün orta büdcəli turistlərə uyğun şərait yaratmalıyıq”. Bunu Sputnik Azərbaycan-a DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyib.

Hazırda sahəsindəki vəziyyət haqqında danışarkən bildirib ki, bizdə turizm bahalı turların satılması, böyük tədbirlər və işgüzar turizm vasitəsilə inkişaf edir: “Amma biz qonşu ölkələrin də təcrübələrinə nəzər salırıq. O ölkələrdən gəlmək istəyən insanların şərhlərini oxuduqda və keçirilən sorğular nəticəsində müəyyənləşir ki, daha çox qiymətlərdən narazıdırlar. Azərbaycan turizm bazarındakı qiymətlər orta büdcəli tursitlər üçün bir qədər yüksəkdir. Buna görə də qonşu turizm bazarları ilə bu sahədə rəqabət apara bilmirik. Daha münbit şəraitin yaradılması üçün müxtəlif imtiyazların tətbiq edilməsi təşəbbüsü ilə çıxış edirik. İlk növbədə vergi imtiyazıdır ki, bu sahə vergi yükündən azad oluna və yaxud daha aşağı vergi yükü tətbiq oluna bilər. O cümlədən, otel tikintisinə görə dövlət və bələdiyyə balansında olan torpaq sahələrinin ayrılması üçün daha əlverişli şərait yaradılmalıdır”.

Qeyd edək ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, bu ildən mikro sahibkarlıq subyektlərinə əmlak vergisindən azadolmaların tətbiqinə başlanılıb. Bununla yanaşı, sahibkarlara 75 faiz gəlir vergisi güzəşti verilib, əməkhaqqının 8 min manatadək olan hissəsi vergiyə 0 dərəcə ilə cəlb edilir. Bu güzəşt və azadolmalar turizm sektorunu da əhatə edir.

Samir Dübəndinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular