07:59 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Professorun Türkiyə iqtisadiyyatı barədə proqnozu: Qeyri-sabitlik dərinləşə bilər

RADİO
Qısa URL
48 0 0

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, siyasi gərginlik sosial-iqtisadi vəziyyətə mənfi təsir edə bilər

Elşad Məmmədov: “Türkiyə iqtisadiyyatının vəziyyəti nəzərə alınmalıdır”

“Türkiyədəki siyasi gərginlik sosial-iqtisadi vəziyyətə mənfi təsir edə bilər”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyib.

Professor bildirib ki, hazırda Türkiyə iqtisadiyyatının vəziyyəti nəzərə alınmalıdır: “Son dövrlər Türkiyə Mərkəzi Bankının və digər iqtisadi idarəetmə qurumlarının yol verdiyi səhvlər nəticəsində, ölkədən kapital axını sürətlənmiş, həmçinin investitsiyaların iqtisadiyyatdan çəkilməsi baş verir. Əgər bu prosesin qarşısı alınmasa, türk lirəsinin qeyri-sabitliyi dərinləşə bilər”.

Qeyd edək ki, Türkiyə Ali Seçki Qurumu martın 31-də İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə keçirilən seçkilərin nəticələrinin ləğvi barədə qərar qəbul edib.

Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular