10:53 18 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8804
Политолог Назакет Мамедова
© Sputnik / Murad Orujov

Politoloq Venesueladakı vəziyyət barədə: Suriyaya çevrilə bilər

RADİO
Qısa URL
141 0 0

Beynəlxalq əlaqələr üzrə mütəxəssis, politoloq Nəzakət Məmmədova deyir ki, ABŞ 1823-cü ildə təsbit olunmuş Monro doktrinasındakı siyasəti Venesuelada davam etdirir

“Venesuela ikinci Suriyaya çevrilə bilər”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Beynəlxalq əlaqələr üzrə mütəxəssis, politoloq Nəzakət Məmmədova deyib.

Politoloqun sözlərinə görə, neftlə zəngin Venesuela humanitar fəlakət həddinə çatıb: “Venesuelada böyük geosiyasi toqquşma baş verir. Bu gün ABŞ 1823-cü ildə qəbul olunmuş Monro doktrinasındakı siyasəti davam etdirir. ABŞ prezidenti Donald Tramp bu siyasəti reallaşdırır. Venesuelada hadisələrin gedişatı böyük dövlətlərin, ən əsası da Rusiyanın mövqeyindən asılı olacaq”. 

Qeyd edək ki, yanvar ayında dövlət çevrilişinə cəhdin baş verdiyi Venesuellada vəziyyət yenidən gərginləşib. Müxalifət lideri Xuan Quaidonun müraciətindən sonra iki gün ərzində ölkənin müxtəlif şəhərlərində müxalifət tərəfdarlarının etiraz aksiyaları keçirilir.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

Əsas mövzular