20:04 17 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.9164

Rejissor Bakıda çəkilmiş yüz ilin ən yaxşı komediyasından danışdı

RADİO
Qısa URL
120 0 0

Kinorejissor Elxan Cəfərov deyir ki, sovet dövründə belə bir filmin çəkilməsi müəyyən mənada qəhrəmanlıq tələb edirdi

Məşhur sovet rejissoru  Leonid Qaydayın çəkdiyi, 1995-ci ildə yüz ilin ən yaxşı komediya filmi seçilmiş, təkcə kinoteatrlarda 76 milyon 700 min insanın izlədiyi “Brilliant əl” filminin 50 yaşı tamam olub.

Kinorejissor Elxan Cəfərov Sputnik Azərbaycan-a deyir ki, Leonid Qaydayın bütün filmləri hər zaman diqqət çəkən olub:

“Onun filmləri sovet dövründə hər zaman ən çox gəlir gətirən olub. Rejissorun “Brilliant əl” filmində sovet dövrünün satirik mənzərəsi təsvir olunub. Sovet dövründə belə bir filmin çəkilməsi müəyyən mənada qəhrəmanlıq tələb edirdi. Onu da qeyd edim ki, təkcə “Brilliant əl” deyil, bir çox məşhur sovet filmləri Bakıda çəkilib. O dövrdə sovet kinosunda baş verən yeniliklər Azərbaycan kinematoqrafiyasına da təsir edirdi. Bu film isə sovet kinematoqrafiyasının tarixdə qalacaq nümunələrindəndir”.

Rejissorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular