SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq Azərbaycan və Gürcüstan arasında gərginlik yaradan məsələni şərh edir

© Sputnik / Murad OrujovFikrət Sadıxov – Qərbi Kaspi Universitetinin professoru
Fikrət Sadıxov – Qərbi Kaspi Universitetinin professoru - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Fikrət Sadıxov deyir ki, delimitasiya ilə bağlı məsələlər danışıqlar prosesinin mövzusu olmalıdır
Fikrət Sadıxov: “Verilən bəyanatlar qonşuluq münasibətlərimizə ziddir”

Gürcüstan-Azərbaycan birgə delimitasiya komissiyasının işi bərpa olunacaq. Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani Keşikçidağ (David Qareci) monastr kompleksi ətrafında mövcud olan vəziyyəti şərh edərkən deyib.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, Gürcüstanda bəzi ictimai-siyasi şəxslər bu mövzu ətrafında bəyanatları ilə Azərbaycan-Gürcüstan münasibətlərinə zərbə vururlar:

“Bunlar bizim ikitərəfli qonşuluq münasibətlərimizə zidd bəyanatlardır. Bu təhqiramiz və emosional bəyanatlar münasibətlərimizin formatına zərbədir. İki ölkə sərhəddinin böyük bir hissəsi delimitasiya olunub. Qalan hissə ilə bağlı məsələlər isə danışıqlar prosesinin mövzusu olmalıdır. Şbühə etmirəm ki, proses başlanacaq və mütəxəssislərin iştirkaı ilə həllini tapacaq. Bizim Gürcüstanla olan strateji partnyorluq münasibətlərimiz buna kifayət qədər əsas verir”.

Qeyd edək ki, Keşikçidağ (David Qareci) monastr kompleksi Azərbaycan-Gürcüstan dövlət sərhədinin keçdiyi təpələr sırası boyunca təxminən 25 kilometr məsafədə səpələnmiş bir çox tarixi, memarlıq və dini obyektlərdən ibarətdir və həmin kompleks təpələr sırası ilə iki hissəyə bölünür.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0