CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixçi: "Tağıyevin həyat yolunun tədqiq olunmasına ehtiyac var"

© Sputnik / Murad OrujovQafqaz tarixi mərkəzinin direktoru, siyasi icmalçı, Rizvan Hüseynov
Qafqaz tarixi mərkəzinin direktoru, siyasi icmalçı, Rizvan Hüseynov - Sputnik Azərbaycan
Abunə olmaq
Qafqaz Tarix Mərkəzinin direktoru Rizvan Hüseynov deyir ki, Cümhuriyyəti quranların aparıcı qüvvəsini Tağıyevin oxumağa göndərdiyi gənclər təşkil edirdi
Rizvan Hüseynov: “Cümhuriyyəti quranlar Tağıyevin oxumağa göndərdiyi gənclər idi”

Hacı Zeynalabdin Tağıyevin heykəlinin qoyulacağı məkan məlum olub. Heydər Əliyev Fondundan verilən məlumata görə, heykəlin “İçərişəhər” metrostansiyası yaxınlığındakı meydançada (İstiqlaliyyət küçəsi) ucaldılması nəzərdə tutulur.

Bunu Qafqaz Tarix Mərkəzinin direktoru Rizvan Hüseynov Sputnik Azərbaycan-a deyir ki, Hacı Zeynalabdin Tağıyev Azərbaycan xalqı üçün böyük məfhumdur və o, XX əsrdə Azərbaycan ziyalı təbəqəsinin formalaşmasında müsbət rol oynayıb:

“Onun gördüyü işlərin nəticəsi olaraq, müstəqil Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Cümhuriyyəti quranların aparıcı qüvvəsini Tağıyevin oxumağa göndərdiyi gənclər təşkil edirdi. Tağıyev həm də müasir Pakistan xalqını məhv olmaqdan xilas edib. Bu gün də onun bu fəaliyyəti Pakistanda tədris olunur. Onun Azərbaycan hərb tarixində də böyük izi var. Tağıyevin dəstəyi hesabına silahlar alınırdı və ermənilərə qarşı mübarizədə böyük əhəmiyyət kəsb edirdi. Ona görə də, belə bir şəxsin həyat yolunun tədqiq olunmasına hər zaman ehtiyac var”.

Rizvan Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0