SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq Avropa İttifaqı ilə imzalancaq sazişin strateji əhəmiyyətindən danışdı

© Sputnik / Murad OrujovПолитолог Арзу Нагиев
Политолог Арзу Нагиев - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Arzu Nağıyev deyir ki, Avropa ölkələri Azərbaycanın necə strateji əhəmiyyət daşıdığını yaxşı başa düşür
Arzu Nağıyev: “Bu saziş Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır”

“Azərbaycan artıq dünyəvi sistemi seçmiş və avrointeqrasiya prioritet istiqamət kimi müəyyənləşdirmiş dövlətdir”. Bunu Sputnik Azərbaycan-a Azərbaycan və Avropa İttifaqı arasında imzalanması gözlənən sazişin strateji önəmi haqqında danışarkən politoloq Arzu Nağıyev deyib.

Politoloq bildirib ki, imzalanacaq saziş hər iki tərəf üçün əhəmiyyət kəsb edir:

“Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən dövlətlərdən biridir. Buna görə də Avropa ölkələri Azərbaycanın necə strateji əhəmiyyət daşıdığını yaxşı başa düşür. Eyni zamanda avrointeqrasiya xəttini götürmüş, böyük enerji layihələrinin müəllifi olan Azərbaycan üçün də bu saziş xüsusi əhəmiyyət daşıyır. Sazişin imzalanması təqdirəlayiq hal kimi qiymətləndirilməlidir”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0