Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Ekspert Formula-1 SOCAR Azərbaycan Qran Prisinin nəticələrini şərh etdi

© Photo : Facebook / rovshan.binnatliRövşən Binnətli
Rövşən Binnətli - Sputnik Azərbaycan
Abunə olmaq
İdman şərhçisi Rövşən Binnətli deyir ki, Formula-1 SOCAR Azərbaycan Qran Prisi mərhələ yarışları arasında özünəməxsus yeri var
Rövşən Binnətli: “Bu yarış ölkəni təbliğatı baxımından çox önəmlidir”

Bakıda keçirilən Formula-1 SOCAR Azərbaycan Qran Prisi başa çatdı. Yarışın qalibi 1:44.757 nəticə  ilə “Merdeces” komandasının pilotu Valteri Bottas oldu.

İdman şərhçisi Rövşən Binnətli Sputnik Azərbaycan-a deyir ki, Formula 1 dünyaca məşhur və audiotoriyası olduqca böyük olan idman yarışıdır:

“Bu yarışı təşkil etmək ölkənin təbliğatı baxımından çox önəmlidir. Yarışlarda ardıcıl iki dəfə qalib gələn olmayıb. Bu dəfə də yeni ada rast gəldik. Mövsüm qabağı yayılan fikirlərdə də “Merdeces” komandasının imkanları yüksək qiymətləndirilirdi və bu reallıqda öz əksini tapdı. Qarşıda hələ 17 mərhələ var. Düşünürəm ki, turnir cədvəlindəki mənzərədə xeyli dəyişiklik olacaq. Ümumilkdə isə Formula-1 SOCAR Azərbaycan Qran Prisinin mərhələ yarışları arasında özünəməxsus yeri var və bəlkə də ən çox izlənən mərhələ yarışlarından biri seçiləcək”.

Rövşən Binnətlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0